Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyanın 9 şəhər və rayondan olan məktəbliləri Qəbələ rayonundan xoş təəssüratlarla ayrılıblar.

19 mart 2019 | 04:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən, şəhər və rayonların IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi uğurla başa çatıb.  Martın 17-də tur-aksiya iştirakçıları Qəbələ rayonunun müasir istehsal müəssisələri, tarixi məkanları, turizm və istirahət mərkəzləri ilə tanış olublar. Daha sonra tur-aksiyanın 9 rayondan ibarət məktəbliləri arasında intellektual oyun keçirilib. Məktəblilərin öz biliklərini nümayiş etdirmək imkanı qazandıqları oyun gərgin mübarizə şəraitində keçib. Yarışın nəticələrinə görə, Gəncə məktəbliləri 1-ci, Samux şagirdləri 2-ci, Şəmkir komandası isə 3-cü yerə layiq görülüb. Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən Gəncə, Göygöl, Samux, Şəmkir, Goranboy, Kəlbəcər, Xocalı, Tərtər və Gədəbəy məktəblilərindən ibarət 9 qrupun üzvləri martın 18-də Qəbələ şəhərindən yaşadıqları rayonlara yola düşüblər. Qəbələ Rayon İcra Hakimiyyəti və təhsil şöbəsinin məsul işçiləri tərəfindən yola salınan tur-aksiya iştirakçıları onların bilik və dünyagörüşünün artması, ölkəmizin bölgələri ilə tanış olması üçün göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Sonra “Qafqaz Karvansaray” və “Qafqaz Sport” otellərinin qarşısından şagirdləri yaşadıqları rayona aparan avtobus karvanı yola düşüb. Qeyd edək ki, 9 şəhər və rayondan olan 320 məktəbli tur-aksiyanın proqramına uyğun olaraq, martın 15-18-də Qəbələ, Şəki və Zaqatala rayonlarının sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələr, turizm obyektləri, muzeylər ilə tanış olublar.

Keçidlər