Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə təntənəli Novruz şənliyi keçirilib.

19 mart 2019 | 16:00

Qəbələdə ümumrayon şənliyi keçirilib. Novruz şənliyində Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də rayon ictimaiyyəti iştirak edib.
Bayram tədbirində rayon icra hakimiyyətinin başçısı xalqımızın ən əziz bayramlarından biri olan Novruz münasibətilə Qəbələ ictimaiyyətini təbrik edib.
Ululuq və ağsaqqallıq rəmzi sayılan “Dədə Qorqud”, yazın müjdəçisi olan “Bahar qız” mərasimdə qəbələliləri təbrik edərək xalqımıza yeni ildə bol ruzi-bərəkət və əminamanlıq arzulayıblar.
Qədim ənənələrimizin canlandırıldığı teatrlaşdırılmış Novruz şənliyində Dədə Qorqud bayram tonqalını qalamaqla bu şad gündə el-obanı birliyə, həmrəyliyə dəvət edib.
Daha sonra rayon rəhbərliyi və qonaqlar Novruzun özənəməxsus xüsusiyyətlərini və milli adət-ənələrimizi əks etdirən sərgilər ilə tanış olublar. Sərgilərdə rayonun xalq sənətkarları tərəfindən hazırlanan əl işləri, dekorativ tətbiqi-sənət və rəsm nümunələri, eləcə də Qəbələdəki emal müəssisələrində istehsal edilən sənaye və ərzaq məhsulları nümayiş olunub.
Bayram mərasimində sərgilənən çoxəsrlik etnoqrafik maddi mədəniyyət irsi, qədim milli adət-ənənələrimizi özündə əks etdirən eksponatlar və digər əşyalar tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Tədbirdə mədəni-maarif müəssisələrinin kollektivləri tərəfindən hazırlanan müxtəlif milli oyunlar və folklor nümunələri nümayiş etdirilib.
Parkın digər tərəfində isə yeniyetmə və gənc idmançılar müxtəlif idman numunələri ilə çıxış ediblər. Cəngi sədaları altında gənc pəhləvanlar öz məharətlərini göstəriblər.
Tarixi min illərlə ölçülən, mənəvi irsimizi, mədəni dəyərlərimizi, milli xarakter və düşüncəmizi, həyat tərzimizi özündə ehtiva edən ənənələrlə zəngin Novruzun gəlişi münasibətilə təşkil olunan bayram şənliyi qəbələlilər tərəfindən böyük maraqla qarşılanıb.
Novruz atributları ilə bəzədilən parkda keçirilən bayram tədbiri rayonun mədəniyyət işçilərinin hazırladıqları maraqlı konsert proqramı ilə davam edib. Sənətçilərin ifasında bir-birindən gözəl xalq musiqilərimiz, Novruz mərasimini tərənnüm edən nəğmələr səsləndirilib. Novruzun əsas personajları olan Kosa və Keçəlin bir-birindən maraqlı çıxışları
tamaşaçılarda xoş ovqat yaradıb. Bum qəsəbə Yaradıcılıq Evi "Zopu-zopu" folklor etnoqrafik rəqs ansamblının rəngarəng çıxışları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Foto qalereya

Keçidlər