Tur-aksiyada iştirak edəcək məktəblilərlə görüş keçirilmişdir.
Qəbələ Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri - RİH başçısının müavini başçısının müavini Ətayə Osmanovanın “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək məktəblilərimizlə görüşü keçirilmişdir. Görüşdə artıq altıncı ildir ki, Prezident İlham Əliyevin tövsiyəsinə əsasən keçirilən məktəblilərin “Ölkəmizi tanıyaq” devizi altında tur-aksiyalarının və bu gün ənənə halını aldığı bildirilmişdir. Qeyd olunmuşdur ki, layihənin əsas məqsədi şagirdlərin ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, Ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış edilməsi, Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində respublikamızda əldə edilən sosial-iqtisadi inkişaf, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. RİH başçısının müavini diqqətə çatdırmışdır ki, bu il martın 15-dən 18-dək keçirilən tur-aksiyada Gəncə, Goranboy, Gədəbəy, Göygöl, Samux, Şəmkir Xocalı, Kəlbəcər və Tərtər məktəbliləri Qəbələyə səfər etmişlər. 23-26 tarixlərində keçiririləcək tur-aksiyalada isə rayonumuza Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Bərdə, Daşkəsən, Qazax, Göyçay Tovuz məktəblilərinin gələcəyini vurğulamışdır. Həmin tarixdə Qəbələdən də 40 nəfər məktəblinin tur-aksiyaya qatılacağını qeyd edən RİH başçısının müavini bildirmişdir ki, şagirdlərimizə səfər edəcəkləri Gəncə, Şəmkir, Göygöl, Tovuz, Qazax və Ağstafa rayonlarında aparılan genişmiqyaslı quruculuq işləri, maddi-mənəvi irsin qorunması və təbliği istiqamətində həyata keçirilən önəmli layihələr barədə geniş məlumat veriləcək, onlar Azərbaycanın multikultural ənənələrə malik çoxəsrlik tolerantlıq məkanlarını gəzəcəklər. Ətayə Osmanova səfər çərçivəsində şagirdlərin iştirakı ilə keçiriləcək intellektual oyunlarda məktəblilərimizə fəallıq göstərmələrini tövsiyə etmiş və yüksək nəticələrə nail olmaları üçün onlara uğurlar arzulamışdır.Tədbirdə rayon təhsil şöbəsinin müdiri Arifə Bayramova, Çuxur Qəbələ kənd tam orta məktəbin müəllimi Lətifə Abdullayeva, valideyn Rövşən Məmmədov, Cığatelli kənd tam orta məktəbin X sinif şagirdi Pakizə Mustafayeva, Tüntül kənd tam orta məktəbin IX sinif şagirdi Aynaz Babayeva və başqaları çıxış edərək ölkə rəhbəri İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyasının təşkilinə görə minnətdarlıqlarını ifadə etmişlər.