Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ məktəbliləri Göygöl rayonu və Gəncə şəhərindən zəngin təəssüratlarla ayrılıblar.

24 mart 2019 | 16:00

Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Gəncə şəhər, Şəmkir, Göygöl, Tovuz, Qazax və Ağstafa  marşrutu üzrə ekskursiyaya çıxan Qəbələ məktəbliləri martın 24-də Göygöl rayonu və Gəncə şəhəri ilə tanış olublar. Şagirdləri şəhər mərkəzində Göygöl rayon icra hakimiyyətinin, mədəniyyət və turizm şöbəsinin, şəhər ictimaiyyətinin nümayəndələri qarşılayıb. Məktəblilərə rayonun tarixi və bu günü barədə məlumat verilib. Tur-aksiya iştirakçıları şəhərlə tanışlığa Heydər Əliyev Mərkəzindən başlayıblar, burada ulu öndərin həyat və fəaliyyəti ilə tanış olublar. Daha sonra məktəblilər rayon Bayraq meydanı, Gənclər Mərkəzi, Alman kirxası, Tarix-diyarşünaslıq muzeyi, Alman evləri, Hacıkənd qəsəbəsi və Göygöl milli parkı ilə tanış olublar. Günün ikinci yarısı aksiya iştirakçıları Gəncə şəhərinə səfər ediblər. Zəfər Tağı önündə qarşılanan şagirdlərə rayon icra hakimiyyətinin nümayəndələri tərəfindən Gəncə şəhəri haqqında ətraflı məlumat verilib. Daha sonra aksiya iştirakçıları Heydər Əliyev adına Milli Park, Heydər Əliyev Mərkəzi, Qədim Qala divarları, “İmamzadə” Kompleksi, Nizami Gəncəvinin məqbərəsi və Nizami Gəncəvi adına mərkəz ilə yaxından tanış olublar. Maarifləndirici tur-aksiya çərçivəsində Qəbələ rayonundan olan məktəblilər “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən ağacəkmə aksiyasında iştirak ediblər. Bununla da məktəblilərin Göygöl rayonu və Gəncə şəhəri ilə  səfərləri zəngin təəssüratlarla başa çatıb.

Foto qalereya

Keçidlər