Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyanın 9 rayondan olan məktəbliləri Qəbələ rayonundan xoş təəssüratlarla ayrılıblar.

27 mart 2019 | 04:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən, şəhər və rayonların IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi uğurla başa çatıb. Martın 25-də tur-aksiya iştirakçıları Qəbələ rayonunun müasir istehsal müəssisələri, tarixi məkanları, turizm və istirahət mərkəzləri ilə tanış olublar. Daha sonra tur-aksiyanın 9 rayondan ibarət məktəbliləri arasında intellektual oyun keçirilib. Məktəblilərin öz biliklərini nümayiş etdirmək imkanı qazandıqları oyun gərgin mübarizə şəraitində keçib. Yarışın yekun nəticələrinə əsasən, “Qazax-1”, “Ağstafa” və “Qazax-2” komandaları müvafiq olaraq ilk üç yeri tutublar. Qaliblər kubok, medal və sertifikatlarla mükafatlandırılıb.Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən Ağdam, Ağcabədi, Ağstafa, Bərdə, Beyləqan, Daşkəsən, Qazax, Göyçay və Tovuz məktəblilərindən ibarət 9 qrupun üzvləri martın 26-da Qəbələ şəhərindən yaşadıqları rayonlara yola düşüblər. Qəbələ Rayon İcra Hakimiyyəti və təhsil şöbəsinin məsul işçiləri tərəfindən yola salınan tur-aksiya iştirakçıları onların bilik və dünyagörüşünün artması, ölkəmizin bölgələri ilə tanış olması üçün göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Sonra “Qafqaz Karvansaray” və “Qafqaz Sport” otellərinin qarşısından şagirdləri yaşadıqları rayona aparan avtobus karvanı yola düşüb. Qeyd edək ki, 9 rayondan olan 360 məktəbli tur-aksiyanın proqramına uyğun olaraq, martın 23-26-da Qəbələ, Şəki və Zaqatala rayonlarının sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələr, turizm obyektləri, muzeylər ilə tanış olublar.

Keçidlər