Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə 11 yaşayış məntəqəsini əhatə edən yol yenidən qurulur.

03 aprel 2019 | 02:00

Qəbələ rayonunda uzunluğu 19 kilometr olan yerli əhəmiyyətli Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. IV texniki dərəcəyə uyğun yenidən qurulan yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edəcək. Hazırda yenidənqurma işləri yolun 12 kilometrlik hissəsində aparılır. Yaxın müddət ərzində analoji işlərin yolun qalan 7 kilometrlik hissəsində də aparılması nəzərdə tutulur. Yolboyu mövcud suötürücü borular istismara yaramadığı üçün yeni suötürücü boruların quraşdırılması və küvetlərin açılması da tələb olunur. Bu səbəbdən yolboyu köhnə boruların sökülməsi əvəzinə yeni dəmir-beton suötürücü borular quraşdırılacaq, boru başlıqları dəmir-betonla tikiləcək. Həmçinin layihədə Qaraçay üzərində yerləşən mövcud körpünün də əsaslı şəkildə təmiri planlaşdırılıb. Başlanğıcını respublika əhəmiyyətli Ağdaş-Zarağan avtomobil yolundan götürən və 19 kilometr uzunluğa malik Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolu 8 mindən çox əhalinin yaşadığı 11 yaşayış məntəqəsini əhatə edir. Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları və əyrixətli dəmir tirlərin, hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal dirəklərinin və kilometr göstəricilərinin quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulur.

Keçidlər