Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Tüntül kəndində vətəndaşlarla səyyar görüş-qəbulu keçirilmişdir.

03 aprel 2019 | 16:00

Aprelin 3-də Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Tüntül kəndində sakinlərlə səyyar görüşü keçirilib. Rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələri rəhbərlərinin və kənd ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə RİH-nin başçısı çıxış edərək Qəbələ rayonunda və Tüntül kəndində sosial-iqtisadi sahədə görülən işlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, yaşayış məntəqələrində mövcud olan xarakterik problemlərin vaxtında həlli istiqamətində bütün zəruri addımlar atılır. Rayonun hər bir yaşayış məntəqəsində, eləcə də Tüntül kəndində əhalini narahat edən məsələlərin aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlərin, infrastruktur layihələrinin bundan sonra da davam etdiriləcəyi diqqətə çatdırılıb. Rayon icra hakimiyyətinin başçısı əhalinin fasiləsiz elektrik enerjisi, rabitə, təbii qaz, içməli su ilə təchizatı vəziyyətinin, yol infrastrukturunun yaxşılaşdırılması və aparılan digər mədəni-quruculuq layihələrdən danışıb, həyata keçirilən tədbirlərdən söhbət açıb. Görüşdə ölkə başçısı tərəfindən aparılan sosial islahatlar - imzalanan yeni fərman və sərəncamlar barədə ətraflı məlumat verib, bütün bunların əhalinin rifah halının yaxşılaşdırılmasına, əmək haqlarının, pensiyaların və digər sosial ödənişlərin artırılmasına, kredit borclarının ödənilməsində güzəştlərin tətbiq olunmasına xidmət etdiyi diqqətə çatdırılıb. Görüşdə kənd sakinləri onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Çıxış edən vətəndaşlardan Qiyasəddin Abbasov, Azər Abdulxalıqov, Rafiq Cəlilov və başqaları kənddə yeni artezianın qazılmasını, ərazidən keçən 10 Kva-lıq elektrik xəttinin təmir olunmasını, modul tipli məktəb korpusunun tikilməsini, təzə salınmış yaşayış massivinə telefon xəttinin çəkilməsini xahiş ediblər. RİH-nin başçısı görüşdə səsləndirilən təkliflərlə bağlı aidiyyəti məsul şəxslərə konkret tapşırıqlar verib.

Keçidlər