Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Xəmsə” Milli İntellektual Oyunu keçirilmişdir.

04 aprel 2019 | 16:00

Qəbələ rayon Gənclər və İdman İdarəsi tərəfindən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinin icrası ilə əlaqədar 04 aprel 2019-cu il tarixdə Qəbələ şəhər 1 saylı tam orta məktəbdə  gənclərin daha geniş kütləsinin intellektual fəaliyyətə cəlb edilməsi, asudə vaxtın səmərəli təşkil olunması məqsədilə “Xəmsə” Milli İntellektual Oyunu üzrə gənclər arasında XI Azərbaycan Çempionatının rayon seçim mərhələsi keçirilmişdir. Tədbirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edərək iştirakçıları salamlamış və cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyindən, onlara hər bir sahədə göstərilən qayğıdan və respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmış, tədbirin məqsəd və vəzifələri haqqında məlumat vermişdir. “Xəmsə” Milli İntellektual Oyununun keçirilməsində əsas məqsədin gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğu bildirilmişdir. Rayon mərhələsində yaşı 29-dək olan 16 komandadan ibarət gənclər öz bilik-bacarıqlarını və intellektual səviyyələrini sınamışlar. Yarışın yekununda Vəndam qəsəbə 2 saylı tam orta məktəbin komandası I yer, Qəbələ şəhər 4 saylı tam orta məktəbin komandası II yer və Bum qəsəbə komandası III yerə çıxmışdır. Hər üç komanda “Xəmsə” Milli İntellektual Oyunu üzrə XI Azərbaycan çempionatının Şəki şəhərində keçiriləcək zona mərhələsinə vəsiqə qazanmışlar. Qalib komandalara rayon Gənclər və İdman idarəsinin diplomları təqdim edilmişdir.

Keçidlər