Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qəbələ rayonunda üç rayonun sakinləri ilə görüş-qəbul keçirib.

12 aprel 2019 | 16:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qəbələ rayonunda Qəbələ, Şəki və Oğuz rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Qəbuldan əvvəl Sahil Babayev və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ rayonundakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.
Görüş-qəbulda vətəndaşlarin sosial təminat, əlilliyin qiymətləndirilməsi, məşğulluğun təminatı, özünüməşğulluq proqramına və peşə hazırlığına cəlb olunma, əmək hüquqlarının müdafiəsi, bərpa müalicəsi xidmətləri və reabilitasiya vasitələri ilə təmin edilmə və s. kimi məsələlərlə bağlı müraciətləri dinlənilib, qaldırılmış məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Daha sonra Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev özünüməşğulluq proqramı çərçivəsində Qəbələ rayonunda yaradılmış iki heyvandarlıq təsərrüfatı və avtoservis-xidmət sahəsi ilə yaxından tanış olublar.

Keçidlər