Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Zalam kəndində səyyar görüş-qəbul keçirilib.

15 aprel 2019 | 16:00

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Zalam kənd sakinləri ilə növbəti səyyar görüş-qəbulu keçirilib. Yığıncaqda rayonun hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilatlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak ediblər. Görüşdə RİH-nin başçısı tədbir iştirakçılarına respublikamızın sosial-iqtisadi inkişafından, ölkə başçısı tərəfindən aparılan sosial islahatlardan danışıb. O, qeyd edib ki, həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün respublikanın hər bir bölgəsində, o cümlədən rayonumuzda geniş quruculuq işləri aparılır - yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur, uşaq bağçaları tikilir, sosial layihələr həyata keçirilir. Natiq bildirib ki, dövlət başçısı tərəfindən aparılan islahatlar nəticəsində, ölkədə yeni-yeni istehsal və emal müəssisələri açılır, yeni iş yerləri yaradılır. Görülən bütün bu işlərin, həyata keçirilən tədbirlərin yalnız bir amala - əhalimizin yaxşı yaşamasına, onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət etdiyi diqqətə çatdırılıb. Son illər Zalam kəndində də bir çox quruculuq işlərinin aparıldığını qeyd edən RİH-nin başçısı digər kəndlərimiz kimi bu yaşayış məntəqəsinə də qaz xəttinin çəkildiyini, elektrik və su təsərrüfatında yenidənqurma işlərinin aparıldığını, hazırda kəndin mərkəzindən keçən və 10 kəndi birləşdirən asfalt yolun və həmin yolda Qaraçay üzərində yeni körpünün inşa edildiyini, suvarma kollektorunun qaydaya salındığını bildirib. Rayon rəhbəri Zalam Bələdiyyəsi tərəfindən kəndarası yolların qum-çınqılla hamarlanması istiqamətində tədbirlər müəyyənləşdirildiyini vurğulayıb. Sonra görüş-qəbulda kənd sakinləri dinlənilib. Onlar rayonumuza göstərilən diqqət və qayğıya, Böyük Əmili- Kiçik Əmili-Zalam-Yenikənd-Bılıx-Əmirvan yolunun tikintisinə və ərazidə aparılan abadlıq və quruculuq işlərinə görə bütün sakinlər adından Prezident İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Çıxış edənlərdən Azad Əbdürrəhimov, Ülkər Hacıyeva, Ruhəngiz Qəribova və digərləri kənddə yeni uşaq bağçasının tikilməsini, tam orta məktəb binasının əsaslı təmir olunmasını, ərazidə bir artezian quyusunun qazılmasını və əlavə transformatorun quraşdırılmasını xahiş ediblər. Görüş zamanı kənd sakinlərinin qaldırdıqları problemlərin və məslələlərin həlli ilə bağlı RİH-nin başçısı tərəfindən aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Keçidlər