“Günahsız günahkarlar” teatr tamaşası nümayiş olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.6.2 bəndinin icrasıın təmin edilməsi məqsədilə gənclər arasında insan alveri və zorakılıq haqqında maarifləndirmə işinin gücləndirilməsi ilə bağlı teatr tamaşalarının hazırlanaraq regionlarda nümayiş olunur.
Gənclərin bu sahədə maarifləndirilməsi məqsədilə Gənclər və İdman Nazirliyinin sifarişi ilə gənclər arasında insan alveri və zorakılıq haqqında maarifləndirmə işinin gücləndirilməsiilə məqsədilə “Günahsız günahkarlar” adlı teatr tamaşası hazırlanmışdır. Tamaşanın Qəbələ rayonunda nümayişi 16 apreldə Qəbələ Mədəniyyət Mərkəzində baş tutmuşdur. Tamaşaya rayonun müxtəlif idarə və müəssisələrində çalışan gənclər, ictimaiyyət nümayəndələri, həmçinin orta məktəblərin yuxarı sinif şagirdləri dəvət edilmişdir.
Tamaşanın nümayişindən öncə rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edərək teatr tamaşasının nümayiş etdirilməsində məqsədin gəncləri, müasir dövrün qlobal problenlərindən olan insan alveri mövzusunda məlumatlarını artırmaqdan ibarət olduğunu bildirdi və bu sahəyə cənab Prezident İlham Əliyevin daim diqqət yetirdiyini tamaşaçıların nəzərinə çatdırdı. Daha sonra teatrın direktoru-bədii rəhbəri İntiqam Soltan tamaşaçılara insan alverinin törətdiyi fəsadlar barədə geniş məlumat vermiş, gələcəyimiz olan gənclərin ruhən və fiziki cəhətdən sağlam həyat, sağlam düşüncə tərzi seçmələri üçün valideyinlərə daha məsuliyyətli olmalarını tövsiyyə etmişdir.
Real həyatda baş verən hadisələr əsasında hazırlanmış tamaşa gənclər arasında məşhur olan mafiya oyunu üzərində qurulub. Müəllifi Arzu Soltan, quruluşçu rejissoru İntiqam Soltan, rəssamı Sevda Məmmədova, bəstəkarı Mahir İbrahim olan və Bakı Uşaq Teatrının kollektivinin oynadığı tamaşa Qəbələ gəncləri tərəfindən maraqla və alqışlarla qarşılanmışdır.