Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Həmzəli kəndində səyyar görüş-qəbul keçirilib.

23 aprel 2019 | 16:00

Qəbələ Rayon İcra Hakimiyyəti başçısı Səbuhi Abdullayevin daha bir səyyar görüş-qəbulu aprelin 23-də Həmzəli kəndinin sakinləri ilə keçirilib. Görüşdə rayonun hüquq mühafizə orqanlarının, müvafiq idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Tədbiri açan RİH-nin başçısı Prezident İlham Əliyev tərəfindan aparılan sosialyönümlü islahatlar, ölkəmizdə əldə edilən iqtisadi və siyasi uğurlar nəticəsində əhalinin sosial müdafiəsinin və həyat səviyyəsinin gündən-günə yaxşılaşdığını diqqətə çatdırıb. Vətəndaşların maddi, mənəvi tələbatlarının ödənilməsi ilə bağlı onlara şərait yaradılması istiqamətində aparılan işlərin bu gün Azərbaycan dövlətinin prioritetlərindən olduğunu vurğulayan RİH-nin başçısı, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz insan amili, vətəndaşların mənafeyi dayandığını bildirib. Əhalinin sosial rifahının yaxşılaşdırılmasına dair dövlətimizin başçısı tərəfindən imzalanan fərman və sərəncamların hamısının vətəndaş məmnunluğunun artırılmasına yönəldildiyini deyən natiq minimum əməkhaqqının, pensiyaların, tələbələrin təqaüdlərinin artırılması və digər ödənişlərin həyata keçirilməsi istiqamətində aparılan islahatların sosialyönümlülük və humanizm prinsiplərinə əsaslandığını bildirib. RİH-nin başçısı qəbul olunan dövlət proqramlarının icrası nəticəsində bütün regionlarda, o cümlədən Qəbələ rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Qeyd edilib ki, gündən-günə dəyişən, gözəlləşən rayonumuzun bütün yaşayış məntəqələrində, o cümlədən Həmzəli kəndində əhaliyə göstərilən sosial qayğıların səviyyəsi gündən-günə artır, kənd sakinləri fasiləsiz rabitə, elektrik enerjisi və təbii qazla təmin olunur. Sonra vətəndaşlar dinlənilib. Onlar rayonumuzda və Həmzəli kəndində son illər aparılan tikinti-quruculuq və abadlıq işlərinə, yaradılan yeni iş yerlərinə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Sakinlərdən Aslan İslamov, Əmir Cəfərov, İkram Həsənov və başqaları kənd məktəbinin əsaslı təmir olunmasını, yaşayış məntəqəsinin sel sularından mühafizəsini gücləndirmək məqsədilə Həmzəli çayının sahilində beton bəndin inşa edilməsini və ərazidə işıq xətlərinin və transformatorların dəyişdirilməsini xahiş ediblər. Rayon icra hakimiyyətinin başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin və verilən təkliflərin icrası ilə əlaqədar aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Keçidlər