Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti seminar-müşavirə keçirib.

26 aprel 2019 | 02:00

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi 25 aprel 2019-cu il tarixində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Qəbələ şəhərində regional seminar-müşavirə keçirib.Rayon icra hakimiyyətləri, bələdiyyə, Meşə mühafizəsi və bərpası müəssisələri, fermer təsərrüfatları nümayəndələrinin iştirak etdiyi "Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi" mövzusunda keçirilən regional seminar-müşavirədə taxıl yığımına və ot tədarükünə hazırlıq, dənli bitkilərin yetişmə və məhsul yığımı dövründə yanğın təhlükəsizliyi ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub. Həmçinin, meşə və meşə zolaqlarında yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar müvafiq təşkilatlar qarşısında məsələlər qaldırılıb.

Keçidlər