Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Böyük Pirəli kəndində səyyar görüş-qəbul keçirilib.

26 aprel 2019 | 16:00

Aprelin 26-da Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Böyük Pirəli kənd sakinləri ilə növbəti səyyar görüşü keçirilib. Görüşdə rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər. Görüş-qəbulda rayon icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə sosial sahədə aparılan islahatlar və iqtisadi nailiyyətlər barədə geniş məlumat verib, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, bununla bağlı görülən işlərdən danışıb. Səyyar görüşdə iştirak edən sakinlər rayonda, o cümlədən Böyük Pirəli kəndində görülən quruculuq işləri ilə bağlı dövlətimizin başçısına öz razılıqlarını ifadə ediblər. Onlar əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, ölkə vətəndaşlarına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Tədbirdə çıxış edən kənd sakinlərindən Şakir Ağababayev, Ramin Hidayətov və başqaları yaşayış məntəqəsində yeni artezian quyusunun qazılmasını və işıq dirəklərinin dəyişdirilməsini xahiş ediblər. Rayon icra hakimiyyətinin başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib və icrasını nəzarətə götürüb.

Keçidlər