Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Qəbələ” klubu Azərbaycan kubokunun ilk finalçısıdır.

03 may 2019 | 00:00

Mayın 1-də futbol üzrə Azərbaycan kuboku yarışlarının yarımfinal mərhələsinin cavab qarşılaşmaları keçirilib. Mərhələnin ilk cavab matçında “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Qəbələ”ni qəbul edib. Görüşə fəal başlayan “Qarabağ” klubu 37-ci dəqiqədə hesabı açıb. Markos Madera vurduğu baxımlı qolla meydan sahiblərini hesabda önə çıxarıb. Birinci hissə “Qarabağ”ın minimal üstünlüyü ilə yekunlaşıb – 1:0. İkinci hissənin 57-ci dəqiqəsində Dani Kintana yenidən qonaqları oyuna mərkəzdən başlamağa məcbur edib. Lakin Qəbələ təmsilçisinin hücumçusu Davit Volkov 81-ci dəqiqədə hesab arasındakı fərqi azaldıb və bu, oyunda vurulan sonuncu qol olub. Beləliklə, görüş “Qarabağ”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında keçirilən ilk görüşdə “Qəbələ” 1:0 hesabı ilə qalib gəlib. İki oyunun nəticəsinə görə, “Qəbələ” Azərbaycan kuboku yarışlarının final mərhələsinə vəsiqə qazanıb.

 

Keçidlər