Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Sahibkarlar üçün maliyyə resurslarına çıxış imkanları və bu sahədə göstərilən xidmətlərə dair onlayn maarifləndirici tədbir keçirilmişdir.

03 may 2019 | 02:00

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə KOBİA-nın Qəbələ regional nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar üçün maliyyə resurslarına çıxış imkanları və bu sahədə göstərilən xidmətlərə dair onlayn maarifləndirici tədbir keçirilmişdir.
Keçirilən onlayn tədbirdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, Maliyyə Bazarlarına Nəzarət Palatası, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, İpoteka və Kredit Zəmanət Fondu, Azərbaycan Banklar Assosiasiyası, eləcə də ölkəmizdə fəaliyyət göstərən bir sıra bankların nümayəndələri sahibkarların suallarını cavablandırmış, onlayn müzakirələr aparılmışdır.
Tədbirə Qəbələ, Oğuz Şəki, Qax, İsmayıllı rayonundan olan sahibkarlar birbaşa qatılmış, regionun digər sahibkarlarına isə müvafiq linklərdən istifadə etməklə  tədbirin gedişini izləmək və zəruri sualları ünvanlamaq üçün, ölkənin istənilən yerindən internet vasitəsilə qoşulmaq imkanı yaradılmışdır.

Keçidlər