Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Heydər Əliyev Müstəqilliyimizin qurucusu” mövzusunda tədbir keçirilmişdir.

07 may 2019 | 00:00

Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar “Heydər Əliyev Müstəqilliyimizin qurucusu” mövzusunda tədbir keçirilmişdir. Tədibiri giriş sözü Mərkəzin direktoru Eyvaz Kazımov açaraq qeyd etdi ki, Azərbaycan Respublikasını dağılmaqdan, dövlətçiliyi məhv olmaqdan, ölkəni etnik prinsiplərə əsasən parçalanmaqdan, xalqı vətənsdaş müharibəsi təhlükəsindən, mənəvi –psixoloji sarsıntıdan qurtarmaq üçün xalq öz xilaskarı Heydər Əliyevə müraciət etdi. Xalq yaranmış vəziyyətdən çıxış yolunu zəngin təcrübəyə malik görkəmli dövlət və siyasi xadim, Azərbaycanın böyük oğlu Heydər Əliyevin şəxsində görürdü. Tədris Mərkəzinin direktor müavini Reyhan Məmmədova öz çıxışında bildirdi ki, Heydər Əliyev özü ilə böyük dövlətçilik təcübəsi gətirmişdi , mübarizlik, əqidə prinsipi, müstəqillik ideyalarının həyata keçirilməsi kimi mənəvi dəyərlərin daşıyıcısı olmuşdur. Ümummili liderimiz Heydər Əliyevin “ Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına xidmət olmuşdur “ söylədiyi tarixi kəlamları onun həyat tərzini təsdqləyir. Mərkəzin Hərbi rəhbəri İlham Əfəndiyev öz çıxışında vurğuladı ki , artıq neçə illərdir müstəqil , azad , suveren bir dövlət olan Azərbaycan keçən zaman ərzində çətinliklərə sinə gərərək daha möhkəm bir müstəqil bir dövlət qurmuş və onu möhkəmləndirmişdir. “Azərbaycanın müstəqilliyi əbədi, dönməz, və sarsılmazdır” deyən Ulu Öndər Heydər Əliyev bu fikri bu gün bir daha təsdiqləyir ki, Azərbaycan üçün , onun gələcəyi üçün yalnız bir yol var: inkişaf etmək, böyümək və işıqlı gələcəyə doğru addımlamaq. Tədbirin sonunda Tədris Mərkəzinin tələbələrinin ifasında Ulu Öndərə həsr olunmuş şeirlər və musiqilər səsləndi.

Keçidlər