Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Müalicə Diaqnostika Mərkəzində Dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.

08 may 2019 | 01:00

Xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə  Qəbələ Müalicə Diaqnostika Mərkəzində toplantı keçirilib. Toplantıda çıxış edən Mərkəzin baş həkimi Ceyhun Əhmədov  Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Mərkəzinin həkimi Kamal Məmmədov  Ümummilli Liderin səhiyyə sahəsinə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib. Ulu öndər Heydər Əliyev siyasətinin əhəmiyyətini qeyd edən natiq dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini söyləyib. Toplantıda çıxış edənlər xalqımızın milli-mənəvi dəyərlərinin qarantı olan, bütün dövrlərdə onların qorunmasına çalışan görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin səhiyyə sahəsinin hərtərəfli inkişafı üçün gördüyü işlərin konkret nəticələr verdiyini diqqətə çatdırıblar.

Keçidlər