Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayon icra hakimiyyətində geniş şura iclası keçirilmişdir.

08 may 2019 | 04:00

Mayın 7- də Qəbələ Rayon İcra Hakimiyyətində 2019-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair şura iclası keçirilmişdir. Tədbirdə Prezident Adminstrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Rüfət Əliyev, şura üzvləri, icra nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri və sahibkarlar iştirak etmişlər. İclasda rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevin hesabat məruzəsi dinlənilmişdir. Toplantıda Prezident Adminstrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin VII sektor müdiri Rüfət Əliyev 2019-cu ilin birinci rüb ərzində ölkəmizdə sosial- iqtisadi sahədə görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat vermişdir. Hesabat məruzəsi ətrafında Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Əhmədov və rayon mərkəzi xəstəxanasının baş həkimi Sabir Bayramov çıxış etmişlər. İclasda sosial-iqtisadi inkişaf sahəsindəki mövcud vəziyyət ətraflı müzakirə olunaraq qarşıda duran vəzifələr müəyyənləşdirilmiş və müvafiq qərar qəbul olunmuşdur. Şura iclasını rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev yekunlaşdırmışdır.

Keçidlər