Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Bunud kəndində səyyar görüş-qəbul keçirilib.

08 may 2019 | 07:00

Mayın 7-də Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin rayonun Bunud kəndində növbəti səyyar görüş-qəbulu keçirilib. Görüş-qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin VII sektor müdiri Rüfət Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Görüşdə giriş nitqi ilə çıxış edən Səbuhi Abdullayev Respublikamızın sosial-iqtisadi inkişafından, ölkə başçısının rəhbərliyi ilə aparılan sosial islahatlardan, vətəndaşların rifahının daha da yaxşılaşdırılması istiqamətində onlara göstərilən dövlət qayğısından, o cümlədən Qəbələ rayonunda həyata keçirilən sosial infrastruktur layihələrindən və genişmiqyaslı abadlıq-quruculuq işlərindən danışıb.
Son illər  rayonda kəndarası yolların qaydaya salındığını, yeni artezian quyularının qazıldığını, yeni körpülərin tikildiyini, suvarma kanalının təmir olunduğunu, yeni müasir tipli  elektrik transformatorlarının qoyulduğunu, yaşayış məntəqələrinin  dayanıqlı rabitə, fasiləsiz işıqla təchiz edildiyini diqqətə çatdıran rayon icra hakimiyyətinin başçısı infrastruktur layihələrinin davam etdiriləcəyini diqqətə çatdırıb.
Sonra vətəndaşlar dinlənilib. Onlar müraciətlərində dövlət tərəfindən əhaliyə göstərilən diqqət və qayğıya, kənddə problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərə görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər. Sakinlərdən Aydın Qəhrəmanov, Dahi İsayev, Ülfət Əzizov, İradə Baxışova və başqaları çıxışlarında kənddə su kanallarının qazılaraq təmizlənməsini, elektrik dirəklərinin dəyişdirilməsini, tibb məntəqəsi üçün bina tikilməsini, məktəbin əsaslı təmir olunmasını, kəndin mərkəzi yolunun asfaltlaşdırılmasını, əraziyə təbii qaz xəttinin çəkilməsini və yeni uşaq bağçasının inşa edilməsini xahiş ediblər.
Qəbulda irəli sürülən təkliflərin icrası ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı tərəfindən aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Keçidlər