Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa.

09 may 2019 | 00:00

Qəbələ rayon Gənclər və İdman idarəsi Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar müvafiq tədbirlər planına əsasən 08 may 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa  keçirmişdir. Tədbirdə fəal gənclər, Turizm və Otelçilik üzrə Peşə tədrisi mərkəzinin, Qəbələ Dövlət Peşə Təhsili Mərkəzinin müəllim və şagirdləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbir iştirakçıları ilk öncə Ulu öndərin büstü önünə gül qoyaraq onun xatirəsini yad etmişlər. Sonra Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən ekspozisiya zalına baxmışlar. Daha sonra konfrans zalında davam edən tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov Ümummilli Lider, dahi şəxsiyyət Heydər Əliyevin ölkə həyatında hər bir sahədə olduğu kimi gənclərlə iş sahəsində gördüyü işlərdən, dövlət gənclər siyasəti haqqında qanunun Azərbaycan gəncliyinin inkişafına sürətli təkan verdiyindən, gənclərin məşğulluğunu, sosial müdafiəsinin təmin olunmasını stimullaşdırmasından danışaraq bu uğurlu siyasətin bu gün respublika Prezidenti cənab İlham Əliyev tərəfindən inamla aparıldığı haqda məruzə etmişdir.
Daha sonra məruzə ətrafında YAP Qəbələ rayon Təşkilatının aparat rəhbəri Elçin Tağıyev və Qəbələ şəhər 5 saylı tam orta məktəbin müəllimi Tahir Məsimov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən, onun qurub-yaratdığı doğma Azərbaycanımızda sabitliyin və dinamikliyin, ordu quruculuğunun, sosial-iqtisadi inkişafın, elm və təhsilin uğurlu inkişafından danışdılar.       
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı iştirakçıların sualları cavablandırıldı.

Keçidlər