Bu il Qəbələdə 75 hektarda tütün yetişdiriləcək.
14 may 2019 | 02:00
Bu il Qəbələ rayonunun təsərrüfatlarında 75 hektar sahədə tütün əkilməsi planlaşdırılır. Bir neçə gündür ki, fermer təsərrüfatlarında tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. Məhsul istehsalçıları qısa müddətdə 45 hektardan çox sahədə tütün əkiblər. Mövsüm ərzində fermerlər 5 hektarda “Virciniya” növlü ətirli, 70 hektarda isə yerli tütün sortları yetişdirəcəklər.