Qəbələ rayonunda əmək yarmarkası keçiriləcəkdir.
14 may 2019 | 02:00
Rayonda işsiz və işaxtaran vətəndaşlar üçün "Əmək yarmarkası" təşkil olunacaq. Yarmarka may ayının 21-də, Qəbələ şəhərində, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin inzibati binasında keçiriləcəkdir. İşəgötürənlərin nümayəndələrinin də iştirak edəcəyi yarmarkada boş iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək. Tədbirlərdə sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə kvota üzrə iş yerlərinin təqdim olunması, peşə hazırlığı və əlavə təhsil kurslarına göndərilməsi, eləcə də ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılacaqdır.