Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri rayon Tarix–Diyarşünaslıq Muzeyində ekskursiyada olublar.
Beynəlxalq Muzeylər Günü çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru ixtisası üzrə təhsil alan I kurs tələbələri Qəbələ rayonu Tarix–Diyarşünaslıq Muzeyində ekskursiyada olublar. Burada tələbələrə muzey haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, muzeydə 2500 illik tarixi əks etdirən 14000-dən çox eksponat nümayiş olunur. Muzeyin 900 kvadratmetrlik binası, 13 ekspozisiya zalı, fondu, Heydər Əliyev xatirə otaqları, şəkil qalereyası, zəngin elmi kitabxanası, açıq səma altında təşkil olunmuş qədim daş abidələrdən ibarət sərgi meydançası var. Tələbələr muzeydəki qədim alban qəbir abidələri ilə tanış olublar. Sonra isə Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Açıq dərs” keçirilib.