Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda əmək yarmarkası keçirilib.

21 may 2019 | 16:00

“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa, Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının 2019-cu il üçün təsdiq etdiyi “ Ərazi Məşğulluq Proqramı”na , Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin qrafikinə uyğun olaraq   rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə   21 may 2019-cu  il tarixdə  işsiz və işaxtaran vətəndaşların səmərəli məşğulluğunu təmin etmək məqsədilə aktiv məşğulluq tədbiri olan əmək yarmarkası keçirilib.
Yarmarkanı giriş sözü Rayon Məşğulluq Mərkəzinin direktoru  Çingiz Əliyev açaraq ölkə başçısının  həyata keçirdiyi sosial - iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatının davamlı inkişafından və bu proseslərə Dövlət Məşğulluq Xidmətinin verdiyi töhfələrdən söz açıb. Diqqətə çatdırılıb ki, ölkənin davamlı inkişafının təmin olunması  məqsədilə həyata keçirilən mühüm dövlət proqramları nəticəsində makroiqtisadi göstəricilər ilbəil artır, böyük infrastruktur layihələri icra olunur, Respublikanın bütün bölgələrində, o cümlədən Qəbələ rayonunda yeni yaradılan iş yerlərinin sayı artır. Bildirilib ki, bütün bunlar əhalinin məşğulluq imkanlarının artmasına xidmət edir.
Toplantıda rayon icra hakimiyyətinin sosial – iqtisadi inkişafın təhlili və proqrozlaşdırılması şöbəsinin müdiri - RİH başçısının müavini, yerli əlaqələndirmə komitəsinin sədri Arif Allahverdiyev və başqaları çıxış edərək əmək yarmarkasının keçirilməsinin bu günki əhəmiyyətindən, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının işsiz əhalinin  işlə təmin edilməsi, yoxsulluğun aradan qaldırılması sahəsində qarşıya qoyduğu vəzifələri diqqətə çatdırıblar.  Daha sonra yarmarkanın işinə start verilib.
Yarmarkaya hazırlıq dövründə aparılan genişmiqyaslı təşkilati işlərin, xüsusilə işəgötürənlərlə yaradılan qarşılıqlı əməkdaşlıq münasibətləri nəticəsində işəgötürənlərin, işsiz və işaxtaran vətəndaşların fəal iştirakı təmin olunub. Belə ki, görülən işlərin nəticəsi olaraq rayon ərazisində fəaliyyət göstərən 37 müəssisə və təşkilat üzrə  214  boş iş yeri işaxtaran vətəndaşlara təklif olunub.  Yarmarkada iştirak edən   345  nəfər işaxtaran vətəndaşlardan  71  nəfərinə münasib işlərə göndəriş verilib. Yarmarka günün ikinci yarısına dək davam edib.

Keçidlər