Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Nəsiminin 650 illik yubileyi keçirilib.

23 may 2019 | 16:00

Qəbələ şəhər 5 nömrəli tam orta məktəbdə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə rayon təhsil şöbəsinin müdiri Arifə Bayramova məktəb müəllimləri və şagirdləri iştirak edib. Yubiley tədbirini açan məktəbin direktoru Zərnişan Ağamirzəyeva Nəsimi yaradıcılığı haqqında geniş çıxış edib. Qeyd olunub ki, İmadəddin Nəsimi Azərbaycan dilində şeirin ilk gözəl nümunələrini yaradan, öz mütərəqqi fikirlərini yüksək bədii dillə ifadə etməyi bacaran qüdrətli sənətkarlardan biri olub. Onun ana dilindən başqa fars və ərəb dillərində yazdığı divanlar şairin adının öz vətənindən çox-çox uzaqlarda, bütün yaxın Şərqdə şöhrətlənməsinə səbəb olub. Ədibin həyatı haqqında məlumat verən müəllim Şəfiqə Atayeva şairin Şamaxıda kamil təhsil aldığını, klassik Şərq və qədim yunan fəlsəfəsini, habelə ədəbiyyatını dərindən mənimsədiyini, İslamın və xristianlığın əsaslarına yaxından bələd olduğunu, tibb, astronomiya və astrologiya, riyaziyyat və məntiq elmlərinə dərindən yiyələndiyini vurğulayıb, Azərbaycan, ərəb və fars dillərində eyni dərəcədə gözəl şeirlər yaza bildiyini söyləyib. Böyük mütəfəkkirin yaradıcılığından söhbət açan məktəbin müəllimi Ruhanə Ağayeva şairin özündən sonra zəngin bir irs qoyub getdiyini, insanı, insan ləyaqətini qüdrətlə tərənnüm etdiyini diqqətə çatdırıb. Məktəbin müəllimi Abgül Cancanova dahi şairin dini-fəlsəfi görüşləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Təhsil şöbəsinin müdiri Arifə Bayramova çıxışında Nəsiminin hər üç dildə yazdığı şeirlərin bədii cəhətdən sənətkarlıqla işlənildiyini, sairin qabaqcıl ideyalarının dövrün mürtəce qüvvələri tərəfindən şiddətli müqavimətə rast gəldiyini, öz şeirlərində cahil insanları tənqid etdiytini, insanları həyat gözəlliklərindən ilham almağa çağırdığını, müasirlərini həyat və kainatın sirlərini öyrənməyə, biliyə, mövcud qanun-qaydalara açıq gözlə baxmağa çağırdığını deyib. Tədbirdə məktəbin şagirdləri “Nəsimi” filmindən müxtəlif fraqmentləri səhnələşdirib nümayiş etdiriblər. Şagirdlərin çıxışları alqışlarla qarşılanıb.

Keçidlər