Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “Qan verməklə başqasına həyat verirsən” kampaniyası çərçivəsində xeyriyyə aksiyası keçirilmişdir.

28 iyun 2013 | 15:00

Qəbələ şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə “Qan verməklə başqasına həyat verirsən” kampaniyası çərçivəsində xeyriyyə aksiyası keçirilmişdir.Mərkəzi rayon xəstəxanasında keçirilən xeyriyyə aksiyasına icra hakimiyyətinin, idarə və təşkilatların kollektivləri, hüquq mühafizə orqanlarının əməkdaşları, gənclər həvəslə qoşulmuşlar.Müxtəlif qan xəstəliklərindən əziyyət çəkənlərə kömək məqsədilə keçirilən tədbirdə B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının Şəki regional bölməsinin əməkdaşları əvvəlcə qan vermək istəyən vətəndaşları müayinə etmiş və onlara müəyyən məsləhətlər verərək qanverməyə hazırlamışlar.Aksiyada 98 nəfər rayon sakini könüllü surətdə iştirak etmişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaqdır.Qan verən şəxslərin hər birinə fəxri donor kartı verilmişdir. Gələcəkdə donorlarla əlaqə yaratmaq üçün onlar qeydiyyata alınaraq məlumat bazası yaradılmışdır.

Keçidlər