Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin (SƏLİS) e-vətəndaş proqramının təqdimatı keçirilib.

30 may 2019 | 16:00

Müasir dövrümüzdə vətəndaş məmnunluğunun təmin edilməsi, şəffaflığın artırılması elektron mühitin genişləndirilməsi ilə birbaşa bağlıdır. Qəbələ Regional Qeyri-hökümət Təşkilatlarının Təlim və Resurs Mərkəzinin may ayının 29-da ictimaiyyət üçün keçirdiyi təqdimat tədbiri də ellektron mühitin genişləndirilməsi ilə əlaqədar olmuşdur. Tədbiri Qəbələ Peşə Tədris Mərkəzinin direktoru Azad Məmmədov açmış, elektron idarəetməyə keçidin əhəmiyyətindən danışmışdır. O bildirmişdir ki, tədbir bu gün aktual olan bu məsələyə həsr olunmuşdur. Qəbələ Regional Qeyri-hökümət Təşkilatlarının Təlim və Resurs Mərkəzinin direktoru Səbuhi Nəbiyev bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası təqdim olunan layihələrin qiymətləndirilməsinə ictimaiyyəti cəlb etmək üçün yeni qaydaların tətbiqinə başlamışdır. Belə ki, bundan sonra hər bir vətəndaş şuranın elektron ünvanına daxil olmaqla maliyyə dəstəyi almaq üçün təqdim olunmuş layihə ilə tanış olmaq və ona qiymət vermək imkanı qazanacaqdır. Bununla da şəffaf şəkildə daha çox vətəndaşın müsbət rəyini qazanmış, ictimai əhəmiyyətli layihə şura tərəfindən maliyyələşəcəkdir. Toplantıda Azərbaycan Respublikası Prezidenti yanında Qeyri hökümət Təşkilatlarına Dövlət Dəstəyi şurasına təqdim olunmuş layihələrlə tanış olmaq və onları qiymətləndirmək qaydaları əyani şəkildə tədbir iştirakçılarına nümayiş etdirilmişdir.

Keçidlər