Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Meliorasiya işçiləri peşə bayramlarını qeyd etmişlər.

04 iyun 2019 | 16:00

Qəbələ Suvarma Sistemləri idarəsinin kollektivi Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü münasibəti ilə Ümumilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə tər gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini yad etmişlər.
Daha sonra peşə bayramı günü münasibəti ilə toplantı təşkil olunmuşdur. Toplantını rayon Suvarma Sistemləri İdarəsinin rəisi Qüdrət Həmidov açaraq, Meliorasiya və Su Təsərrüfatı ASC-nin keçdiyi yoldan, Respublikamızda görülən işlərdən, meliorasiya işçilərinə göstərilən dövlət qayğısından söhbət açmışdır. Diqqətə çatdırılmışdır ki, Azərbaycanda meliorasiya və irriqasiyanın inkişafına Ümummilli lider Heydər Əliyevin Respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə nail olunub. 1993-cü ildə onun yenidən hakimiyyətə qayıdışından sonra bu sahənin inkişafında yeni mərhələ başlanmışdır. Ulu öndərin meliorasiya  və su təsərrüfatının inkişafına göstərdiyi diqqət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, hazırda Respublikada geniş suvarma sistemlərinə, kollektor-drenaj şəbəkələrinə malik meliorasiya və su təsərrüfatı kompleksləri fəaliyyət göstərir.
Toplantıda çıxış edənlər rayonda suvarma suyu ilə bağlı həyata keçirilən tədbirlərdən danışaraq bu sahəyə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər. Daha sonra uzun illər səmərəli fəaliyyətinə və vəzifə öhdəliklərini layiqincə yerinə yetirdiyinə görə bir qrup işçilərə fəxri fərmanlar təqdim olunmuşdur.

Keçidlər