Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələli gənclər Şəhidlər xiyabanında təmizlik işləri aparıblar.

10 iyun 2019 | 16:00

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə iyunun 10-da Qəbələdə keçirilən “Mən Azərbaycan vətəndaşıyam” adlı təbliğat-təşviqat kampaniyasına qoşulan 70-dək fəal gənc Şəhidlər xiyabanında iməcilik keçirərək təmizlik işləri aparıblar. Aksiya iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzindəki parkda ucaldılan abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər. Şəhidlər xatirə kompleksində keçirilən tədbirdə çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrasını təmin etmək məqsədi ilə reallaşan aksiyanın əsas məqsədinin gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, Azərbaycanın müstəqilliyi və torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini yad etməkdən ibarət olduğunu diqqətə çatdırıb. Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Milli Qəhrəman Vahid Əliyev və Aprel qazisi Elməddin Ağayev çıxış edərək tədbirin mahiyyəti barədə danışıb, belə aksiyaların gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunması, Azərbaycanın müstəqillik tarixini daim xatırlamaları, qəhrəmanlıq salnaməsi yazmış şəhidlərimizi unutmamaları üçün müstəsna əhəmiyyət daşıdığını bildiriblər. Aksiya çərçivəsində gənclər Şəhidlər xiyabanında təmizlik işləri aparıb, səliqə-sahman yaradıblar.

Keçidlər