15 İyun Qurtuluş günü münasibətilə dəyirmi masa keçirilmişdir.
Mədəniyyət Mərkəzində 15 iyun “Qurtuluş Günü” münasibətilə dəyirmi masa keçirilmişdir. Tədbirdə Qəbələ rayon Mədəniyyət işçiləri iştirak etmişdir. Tədbiri giriş sözü ilə İsmayıllı Regional Mədəniyyət idarəsinin baş məsləhətçisi Nargilə Qafarova açmışdır. O, öz çıxışında tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 İyun gününün tarixi əhəmiyyətinə dair, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, hərbi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüşün yarandığını, həmçinin beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğunun başlandığını vurğuladı.
Mərkəzi Kitabxana Sisteminin direktor əvəzi Rəna İbrahimova, çıxışında 15 iyun Qurtuluş gününə gətirib çıxaran səbəblər barədə danışdı.
Daha sonra Mədəniyyət Mərkəzinin direktoru Malik Ağayev, 1 saylı Diyarşünaslıq klubunun müdiri Səbinə Sabirli çıxış edərək 15 iyun Qurtuluş gününün Azərbaycana gətirdiyi səadət, maddi rifahın siyasi və iqtisadi sabitliyin bu gün ölkə başçısı möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla qorunduğunu bildirdilər.