Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon Poçtamtında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə toplantı keçirilib.

15 iyun 2019 | 04:00

Qəbələ Rayon Poçtamtında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə toplantı keçirilib. Toplantıda rayon Poçtamtının rəisi Rauf Kərimov çıxış edərək bildirdi ki, 1991-ci ildə müstəqilliyimiz elan edildikdən sonra bir-birinin ardınca gələn dövlət başçılarının yarıtmaz fəaliyyəti nəticəsində müstəqilliyimiz, torpaqlarımızın bütövlüyü təhlükə qarşısında qalmışdı.Xalq birmənalı şəkildə Heydər Əliyevin respublikaya rəhbərlik etməsini tələb edirdi. O vaxt hakimiyyətdə olan AXC partiyasının liderləri xalqın haqlı tələbini anlayaraq öz əlləri ilə hakimiyyəti dahi insan, böyük siyasətçi Heydər Əliyevə təhvil verdilər.Heydər Əliyev hakimiyyətə gələn kimi dövlətin daxilində olan çəkişmələri dayandırmaq və atəşkəsin əldə olunmasına nail olaraq dövlətin güclənməsi, iqtisadiyyatın yüksəlməsi yönümündə gərgin fəaliyyətə başladı.Heydər Əliyevin bu fəaliyyəti nəticəsində daxili və xarici siyasi sabitlik əldə edilərək iqtisadiyyatımız yüksələn xəttlə inkişaf etməyə başladı. Bunun sayəsində bu gün regionda ən güclü orduya, ən güclü dövlətə sahibik.Ordumuzun gücü və qüdrəti aprel döyüşlərində özünü sübut etdi. Diqqətə çatdırılıb ki, bu gün Heydər Əliyev kursunun layiqli davamçısı prezidentimiz cənab İlham Əliyev dövlətimizin inkişafı və çiçəklənməsi yolunda yorulmaz fəaliyyət göstərir.
Toplantıd çıxış edənlər də bildiriblər ki, ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrilib. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət Azərbaycanın inkişafını daha da sürətləndirib.

Keçidlər