Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində ən əlamətdar günlərdən biridir.

15 iyun 2019 | 05:00

15 İyun – Milli Qurtuluş Günü münasibətilə  rayon Təhsil şöbəsində tədbir keçirilib. Tədbirdə ümumtəhsil məktəblərinin direktorları, qabaqcıl müəllimlər iştirak etmişlər. Toplantıda çıxış edən təhsil şöbəsinin metodisti Tərbiyə İsayeva qeyd etmişdir ki, ölkəmizdəki inkişaf, tərəqqi ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışının, azərbaycançılıq məfkurəsinin əsasının qoyulmasının və qurtuluşdan sonra başlanılan Heydər Əliyev siyasətinin bilavasitə nəticəsidir. Bildirilib  ki, ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrilib. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət Azərbaycanın inkişafını daha da sürətləndirib. Bu isə Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin davamlığından xəbər verir.
Sonda “Dəyərlərimiz, sərvətimiz gələcəyimizdir” layihəsi çərçivəsində keçirilmiş müsabiqədə qalib gələn məktəblilər fəxri fərmanla təltif olunublar.

Keçidlər