Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.

15 iyun 2019 | 06:00

15 iyun – Milli Qurtuluş Günü münasibətilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində toplantı keçirilmişdir. Toplantıda çıxış edən Peşə Təhsil Mərkəzinin direktoru Azad Məmmədov  15 iyun-Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən söz açaraq diqqətə çatdırdı ki, ötən dövrdə ictimai-siyasi, iqtisadi və mədəni həyatımızın bütün sahələrində əldə edilmiş dirçəliş məhz Milli Qurtuluş Gününün bəhrəsidir. Elə bu səbəbdən də hər bir Azərbaycan vətəndaşı iyunun 15-ni – ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışını – Milli Qurtuluş Gününü ümumxalq bayramı kimi qeyd edir. Qeyd olunub ki, bu gün Azərbaycan etibarlı əllərdədir. Ümummilli Liderin siyasi irsinin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, inamlı, son dərəcə cəsarətli, eyni zamanda tarazlı, xalqının milli maraqlarına xidmət edən daxili və xarici siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir, əhalinin sosial rifahı gündən-günə yaxşılaşır, etibarlı tərəfdaş ölkə kimi respublikamızın nüfuzu dünyada durmadan artır.

Keçidlər