Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə Milli Qurtuluş Günü qeyd edilib.

15 iyun 2019 | 16:00

Qəbələ Rayon İcra Hakimiyyətində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə RİH başçısı yanında şura üzvləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri açan rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev bu əlamətdar gün münasibətilə bütün toplantı iştirakçılarını təbrik edərək ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan 1993-cü ilin 15 iyununun Azərbaycan xalqının mübarizə tarixinə əbədi həkk olundugunu bildirib.
Giriş nitqində RİH-nin başçısı qeyd edib ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyət gərginləşib, hakimiyyət böhranı yaranıb. Ölkədə hakimiyyət boşluğu yarandığı üçün, rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə daha da kəskinləşib. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalan xalq Heydər Əliyevi təkidlə Bakıya dəvət etdi. Xalqın dəvətini qəbul edərək iyunun 9-da Bakıya gələn ümummilli lider Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də o, Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
Sonra rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanovanın Milli Qurtuluş Gününə dair məruzəsi dinlənilib. RİH başçısının müavini Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yaratdığını, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinin başlandığını bildirib. Heydər Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində ölkədə Milli Ordunun formalaşdırıldığını, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldığını qeyd edən natiq ölkənin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində əsl quruculuq işlərinin başlandığını vurğulayıb.
Məruzədə diqqətə çatdırılıb ki, bu gün ulu öndərin siyasi irsi onun layiqli varisi, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, müstəqil Azərbaycan regionun sürətlə inkişaf edən lider dövlətinə çevrilib. Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsində indi Azərbaycanın iqtisadi qüdrətinin durmadan artdığı, ölkəmizdə ictimai-siyasi sabitliyin, eyni zamanda beynəlxalq aləmdə mövqelərinin möhkəmləndiyi, xalqımızın sosial vəziyyəti günbəgün yaxşılaşdığı səslənib. Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev toplantı iştirakçılarını Milli Qurtuluş Günü münasibəti ilə bir daha təbrik etdi və tədbiri yekunlaşdırdı.

Keçidlər