Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi “15 İyun - Milli Qurtuluş günü”dür adlı tədbir keçirmişdir.
Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Qəbələ regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə “15 İyun - Milli Qurtuluş günü”dür adlı tədbir keçirilmişdir.
Tədbirdə Uşaq və Ailələrə Dəstək mərkəzinin kollektivi, Qəbələ regional “ASAN xidmət” mərkəzinin əməkdaşları, Qəbələ 3 saylı uşaq bağçasının rəhbərliyi və körpələr iştirak etmişlər.
Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin həyata keçirdiyi iqtisadi islahatlardan, gənclərə dövlət dəstəyinin ən yüksək səviyyədə təmin olunmasından, xarici siyasətdə qazanılan uğurlardan və s. danışaraq bugünkü müasir, güclü Azərbaycanın onun şah əsəri olduğunu bildirmişlər.
Tədbir bağça uşaqlarının hazırladığı əyləncəli proqramla yekunlaşmışdır.