Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə Dünya Yoqa Günü münasibətilə tədbir keçirilib

18 iyun 2019 | 16:00

Azərbaycanda 5-ci Beynəlxalq Yoqa Gününün qeyd olunması layihəsi çərçivəsində Hindistan Respublikasının Bakıdakı Səfirliyinin təşəbbüsü və Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə iyunun 15-də şəhərimizdə Yoqa tədbiri keçirilib."Qəbələnd" Əyləncə Mərkəzində təşkil olunan tədbiri Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev açaraq 11 dekabr 2014-cü il tarixdə 21 iyunun Beynəlxalq Yoqa Günü elan olunması haqqında Birləşmiş Millətlər Təşkilatına üzv olan dövlətlər tərəfindən qətnamə qəbul edildiyini bildirib. Qədim mədəniyyətə malik olan Hindistanda yüzilliklər boyunca əbədi ənənəyə çevrilən yoqa fəlsəfəsinin digər ölkələr kimi Azərbaycanda da çox məşhurlaşdığını deyən RİH-nin başçısı Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla xanım Əliyevanın yoqanın təbliğinə həsr olunmuş tədbirlərə, layihələrə və ustad dərslərinin keçirilməsinə dəstək verməsini, dünyanın bir çox xalqlarının dillərinə tərcümə olunmuş “Yoqa və düşüncənin gücü” kitabının onun təşəbbüsü ilə Azərbaycan dilinə tərcümə edilməsini və həmin kitaba ön söz yazmasını ölkəmizdə multikultural dəyərlərə yanaşmanın yüksək göstəricisi kimi qiymətləndirildiyini qeyd edib.Hər il dünyanın əksər ölkələrində keçirilən Beynəlxalq Yoqa Gününün bu gün Qəbələdə qeyd olunması münasibətilə yoqa iştirakçılarını təbrik edən RİH-nin başçısı çıxışında Azərbaycanda Yoqa Həftəsi çərçivəsində tədbirlərin Bakı, Şamaxı və Lənkəran şəhərlərində də təşkil olunacağını vurğulamışdır.Tədbirdə iştirak edən Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vanlalvavna Bavitlunga Yoqa həvəskarlarını salamlayaraq yoqanın insanın fiziki, əqli və ruhi sağlamlığını möhkəmləndirən fiziki tapşırıqların və nəfəs üsullarının vəhdətindən və hər yaşda olan insanın yerinə yetirə biləcəyi sadə hərəkətlərdən ibarət olduğunu bildirib.Sonra Yoqa sessiyasına başlanılıb. Yoqa həvəskarları qrupu müxtəlif bədən hərəkətləri ilə proqram-məşğələni yerinə yetiriblər.

Keçidlər