Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Yemişanlı kəndində səyyar görüş-qəbul keçirilib.

30 iyun 2019 | 04:00

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Yemişanlı kəndində görüş-qəbulu olub. Görüşdə hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak edib. Görüş-qəbulu giriş sözü ilə açan RİH başçısı ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Qəbələ rayonunda həyata keçirilən sosial infrastruktur layihələrindən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən danışıb.
Rayon icra hakimiyyətinin başçısı ötən il keçirilən görüşdən sonra ərazidə xeyli abadlıq və quruculuq işlərinin görüldüyünü, digər yaşayış məntəqələri kimi Yemişanlı kəndinin də dayanıqlı rabitə, fasiləsiz işıqla təchiz edildiyini diqqətə çatdırıb. Bildirilib ki, tikintisi başa çatdırılan Nic-Mıxlıqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx asfalt yolunun kənd sakinlərinin istifadəsinə verilməsi son illər ərzində bu yaşayış məntəqələrinə göstərilən diqqət və qayğının yüksək təzahürüdür.
Sonra kənd sakinləri dinlənilib. Çıxış edənlərdən Rasim Qasımov, Limunə Hacıyeva, Emin Daşdıyev, Məmmədalı Şərifov, Şükufə Rəfiyev, Tehran Həmidov və digərləri rayonda aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Onlar Yemişanlı kəndinə qaz xəttinin çəkilməsinə, işıq xətlərinin təmir olunmasına, yeni yaşayış massivində artezian quyusunun qazılmasına köməklik göstərilməsini xahiş ediblər. Sakinləri narahat edən məsələlərlə bağlı verilən sualları ətraflı cavablandıran RİH başçısı qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib.

Keçidlər