Qəbələ rayon prokurorluğunda geniş zona müşavirə keçirilmişdir.
İyulun16-da Qəbələ Rayon Prokurorluğunda Azərbaycan Respublikası Baş Prokurorluğu Kollegiyasının üzvü, Kadrlar idarəsinin rəisi Nazim Rəcəbovun sədrliyi, Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanovun və Baş prokurorun köməkçisi Zaur Axundzadənin iştirakı ilə Mingəçevir şəhər, Yevlax, Ağdaş, Ucar, Zaqatala, Balakən, Oğuz, Qax, Qəbələ və Şəki rayon prokurorları tərəfindən 2019-cu ilin birinci yarısında qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət mühakimə icraatında insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin vəziyyətinin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.
Müşavirədə şəhər və rayon prokurorları 2019-cu ilin ötən dövrü ərzində görülmüş işlər barədə hesabat məruzəsi ilə çıxış etmiş, mövcud olan çatışmazlıqların aradan qaldırılması və fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində əməli təkliflər irəli sürmüşlər.