Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələli fermerlər cari ildə 75 hektarda tütün yetişdirirlər.

20 iyul 2019 | 02:00

Bu il Qəbələ rayonunun təsərrüfatlarında 75 hektar sahədə tütün əkilib. Qəbələli fermerlər cari mövsümdə 5 hektarda “Virciniya” növlü ətirli, 70 hektarda isə yerli tütün sortları yetişdirirlər. Bir neçə gündür ki, təsərrüfatlarda tütün yığımına başlanılıb. Fermerlər ilk günlər sahələrdən 4 ton yaşıl tütün yarpağı toplayaraq ipə düzüblər. Əvvəlki illərdə olduğu kimi, qəbələli fermerlər bu il yenə də yerli tütün sortlarının əkininə üstünlük veriblər. Yaxın günlərdə “Virciniya” növlü tütünün dəriminə də başlanılacaq. Xatırladaq ki, ötən il də qəbələli fermerlər 75 hektar sahədə tütün yetişdirib, 99 tonadək quru tütün istehsal ediblər.

Keçidlər