Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib.
20 iyul 2019 | 04:00
İyulun 19-da Vergilər naziri Mikayıl Cabbarov Qəbələdə 10 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında vətəndaşları qəbul edib. Qəbulda Qəbələ, İsmayıllı, Oğuz, Zaqatala, Balakən və Qax rayonlarından olan sakinlər iştirak ediblər. Əsasən yaranmış vergi borcları, vergi orqanlarında işlə təminat, vergi uçotunun aparılması və e-qaimələrin tətbiqi, kənd təsərrüfatı məhsullarının ixracı, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi sahəsində qarşılaşdıqları məsələlərlə əlaqədar müraciət olunub. Vətəndaşların müraciətləri dinlənilib və nazirliyin struktur bölmələrinə aidiyyəti tapşırıqlar verilib.