Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Topbağ kəndində səyyar görüş-qəbul keçirilib.

30 iyul 2019 | 04:00

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin növbəti səyyar görüş-qəbulu rayonun Topbağ kəndinin sakinləri ilə keçirilib. Görüş-qəbulda rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev rayonumuzda və Topbağ kəndində görülən abadlıq-quruculuq işləri barədə görüş iştirakçılarına məlumat verib. Rayon rəhbəri bu istiqamətdə işlərin bütün yaşayış məntəqələrində bundan sonra da davam etdiriləcəyini bildirib. Görüş-qəbulda kənd sakinlərindən İradə Şirinova, Cavid Cəlilov, Fənarə Alışanova, Dilşad Abdullayeva onları narahat edən sosial məsələlərin həlli ilə bağlı təkliflər irəli sürüblər. Çıxış edən vətəndaşlar əhalinin rifahının yaxşılaşdırılması, yaşayış məntəqəsinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması və digər sahələrdə görülən işlərə və kənddə yeni məktəb binasının və tibb məntəqəsinin tikilərək istifadəyə verilməsinə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər. Sakinlər görüş-qəbul zamanı yaşayış məntəqəsində işıq xətlərinin təmir olunmasını, Topbağ- Zalam yolunun asfaltlaşdırılmasını və kənddə uşaq bağçasının açılmasını xahiş ediblər. Görüş-qəbulda rayon icra hakimiyyətinin başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərlə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər verib.

Keçidlər