Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Fransanın Rön-Alpes regionunun senatoru və Turizm üzrə prezidenti Jean Bessonun rəhbərlik etdiyi nümayəndə heyəti tanışlıq məqsədi ilə Qəbələdə

03 iyul 2013 | 09:30

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Fransanın Rön-Alpes regionunun senatoru və Turizm üzrə prezidenti Jean Bessonun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına səfərləri çərçivəsində tanışlıq məqsədilə Qəbələ rayonunda olmuşlar. Səfər çərçivəsində qonaqların rayon icra hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevlə görüşü təşkil olunmuşdur.Qonaqların diqqətinə çatdırılmışdır ki, bu gün Azərbaycan Respublikasında gedən sürətli iqtisadi inkişaf tempini Qəbələ rayonunun simasında aydın görmək olar. Bu gözəl və füsünkar bir yerin tarixi bir məkan olduğunu qeyd edən RİH başçısı rayonda yaradılmış istehsal müəssisələrinin, kənd təsərrüfatı və heyvandarlıq sahələrinin, turizm sektoru və digər sahələrin rayonun iqtisadi inkişafında müstəsna əhəmiyyətə malik olduğunu vurğulamışdır.Bildirilmişdir ki, bu gün Qəbələ yerli mühüm tədbirlərlə yanaşı beynəlxalq tədbirlərə də ev sahibliyi edir.Fransanın Turizm üzrə prezidenti Jean Besson çıxış edərək turizm sektorunun Fransada böyük bir priroritet sahə olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, bu yerin zəngin mətbəxi ilə yanası tarixi və qədim abidələri, dağ yüksəkliklərində inşa olunan muzeylər, kanat yolları buraya dincəlməyə gələn insanlarda çox maraq doğuran məkanlardan biridir. Görüşdə qarşılıqlı turizm əlaqələrinin genişləndirilməsi bu istiqamətdə maarifləndirmə işlərinin aparılması mövzularında fikir mübadiləsi aparılmışdır. Görüşdən məmnunluğunu ifadə edən nümayəndə heyətinin üzvləri tərəflər arasında qarşılıqlı turizm əlaqələrinin genişləndirilməsi barədə yüksək nəticələr əldə edəcəklərini diqqətə çatdırmışlar. Daha sonra nümayəndə heyəti rayonda  yeni inşa olunan "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin tikintisinə baxış keçirmişlər. Burada qonaqlara   bildirilmişdir ki,   dağlıq ərazidə yerləşən, istirahət üçün bütün əlverişli şəraitə malik olan bu rekreasiya-turizm obyekti Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda yerləşir. Diqqətə çatdırılmışdır ki, burada kanat yolu və xizəkçilik kompleksi 8 stansiyadan ibarət olacaqdır. Birinci stansiya dəniz səviyyəsindən 950 metr, sonuncu stansiya isə 1920 metr hündürlükdədir. Artıq altı stansiyada quraşdırma işləri başa çatmışdır. Bir-birindən 1414 metr məsafədə və dəniz səviyyəsindən 1250 metr və 1650 metr hündürlükdə olan stansiyalarda quraşdırma işləri aparılmışdır. Qeyd olunmuşdur ki, hazırda inşa edilən dağ-xizək idmanı bazasının bilavasitə yaxınlığında yerləşən "Qafqaz Resort" otel kompleksi üç otel binasından, SPA mərkəzindən, əyləncə parkından ibarət olmaqla yay istirahəti üçün bütün imkanlara malikdir. Belə şəraitdə "Qafqaz Resort" otel kompleksində qış istirahət məkanının yaradılması, yəni otelin yaxınlığında dağ-xizək idman növləri üçün kompleksin inşa edilməsi bütün fəsillərdə ekskursiya və digər fəal istirahət imkanlarının mövcudluğu ilə yanaşı, otel yaxınlığında həm də qış idman növləri ilə məşğul olmağa imkan verəcəkdir. Daha sonra nümayəndə heyəti rayonun “Qəbələ” futbol klubunun stadionlar kompleksinə, yeni inşa olunan futbol akademiyasının inzibati binasına və 15000 yerlik stadion üçün ayrılmış ərzidə görüləcək işlərlə yaxından tanış olmuşlar. Rayonda insanların şən və mənalı istirahəti üçün hər bir şərait yaradıldığını burada yüksək inkişafın şahidi olduğunu qeyd edən nümayəndə heyəti bu yerlərin gözəl bir məkan olduğunu bildirmişlər.

Keçidlər