Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Əmirvan kəndində səyyar görüş-qəbul keçirilib.

31 iyul 2019 | 04:00

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Əmirvan kəndində görüş-qəbulu keçirilib. Görüş-qəbulda rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, həmin işlərin fonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bölgəyə göstərdiyi xüsusi diqqət və qayğıdan, eləcə də Qəbələ rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışıb. Rayon rəhbəri regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində rayonumuzda, həmçinin Əmirvan kəndində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin icrası vəziyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Yaxın günlərdə əhalinin istifadəsinə verilən 19 kilometrlik Böyük Əmili-Əmirvan yolunun da belə layihələrdən biri olduğunu diqqətə çatdıran natiq bu istiqamətdə işlərin digər yaşayış mənəqələrində də davam etdiriləcəyini deyib. Sonra kənd sakinləri dinlənilib. Görüş iştirakçılarından Sərdar Allahverdiyev, Məmməd Əmirov, Sabir Aydınov, Əlfəddin Ağayev və başqaları rayonumuzda həyata keçirilən sosial layihələrin uğurlu icrasına, xüsusilə Böyük Əmili-Əmirvan müasir şosse yolunun yenidən qurulmasına görə Prezident İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Onlar çıxışlarında əraziyə qaz xəttinin çəkilməsini, elektrik xətlərinin təmir olunmasını, yaşayış məntəqəsinə gələn içməli su kəmərinin yenilənməsini, məktəbdə idman zalının tikilməsini və sakinlərin odun yanacağı ilə təmin olunmasına köməklik göstərilməsini xahiş ediblər. Qaz xətti çəkilişinin dövlət proqramına uyğun olaraq aparıldığını qeyd edən rayon icra hakimiyyətinin başçısı irəli sürülən digər təkliflərin həlli barədə aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Keçidlər