Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ festivalında kamera musiqisi həvəskarlarına növbəti konsert proqramı təqdim edilib.

04 avqust 2019 | 02:00

Heydər Əliyev Fondunun möhtəşəm layihələrindən biri olan Beynəlxalq Musiqi Festivalı qədim Qəbələ şəhərində uğurla davam edir.
Festival çərçivəsində avqustun 3-də Heydər Əliyev Konqres Mərkəzində Qara Qarayev adına Azərbaycan dövlət kamera orkestrinin konserti olub.
Kamera orkestri 1964-cü ildə Azərbaycan musiqisinin klassikləri – Qara Qarayev və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılıb. Orkestrin ilk baş dirijoru və bədii rəhbəri Xalq artisti, Dövlət mükafatları laureatı Nazim Rzayev olub. Kollektiv 50 ildən çox davam edən fəaliyyəti dövründə dünyanın bir çox məşhur səhnələrində konsert verib, nüfuzlu beynəlxalq festivalların iştirakçısı olub, Azərbaycanın musiqi mədəniyyətini təbliğ edib. Azərbaycan klassik musiqisinin dünyada geniş təbliğinə görə orkestr 2007-ci ildə “Humay” milli mükafatına layiq görülüb. 2018-ci ildən kamera orkestrinin bədii rəhbəri və baş dirijoru Xalq artisti, Prezident mükafatçısı Fəxrəddin Kərimovdur.
Konsertdə K.Cenkins, F.Şubert, P.Çaykovski, F.Kreysler, Q.Dinniku, P.Hindemit, həmçinin F.Əmirov, Ü.Hacıbəyli və T.Quliyevin əsərləri səsləndirilib. Solistlər – Əməkdar artistlər Nərgiz Kərimova (soprano) və Rəna Rəhimovanın (viola), beynəlxalq müsabiqələr laureatı Ceyla Seyidovanın (violin) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Festivalın proqramına uyğun olaraq, axşam saat 21:00-da Mədəniyyət Mərkəzində “Naz-nazı” muğam qrupunun konserti təqdim olunacaq.

Keçidlər