Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Laza kəndində səyyar görüş-qəbul keçirilib.

07 avqust 2019 | 16:00

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Laza kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilib.
Hüquq-mühafizə orqanları, xidmət sahələri rəhbərlərinin və kənd ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi görüşdə rayon icra hakimiyyətinin başçısı çıxış edərək Qəbələnin və rayonun yaşayış məntəqələrinin sosial- iqtisadi inkişafı sahəsində görülən işlər barədə ətraflı məlumat verib.
Əhalinin rifahının yuksəldilməsi ilə bağlı aparılan islahatlardan, onların sosial qayğılarının müdafiəsindən, xüsusilə yeni yolların, körpülərin, təhsil, səhiyyə ocaqlarının tikintisindən və həyata keçirilən digər mədəni-quruculuq layihələrindən danışan natiq, son illərdə rayonda sahibkarlığın inkişafına verilən dövlət dəstəyi hesabına xeyli işlərin görüldüyünü bildirib.
RİH-nin başçısı Lazada kənd təsərrüfatı-xüsusilə heyvandarlıq və əkinçilik sahəsində işlərin daha da intensivləşdiyini və cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq olunan güzəştlərdən, ayrılan subsidiyalardan səmərəli istifadə olunduğunu, bunun hesabına heyvandarlığın inkişaf etdiyini və əkin sahələrinin məsuldarlığının artırıldığını, kənd sakinlərinin işə cəlb olunmasında yeni imkanların yarandığını diqqətə çatdırıb.
Görüşdə çıxış edən kənd sakinlərindən Əjdər Mirzəmmədov, Bəhərçin Bəhərçinov, Zamin Bəşirov, İlham Babayev, Seymur Qurbanov və başqaları kənd əməkçilərinə göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar kənddə işıq xətlərinin təmir olunmasını, vətəndaşların odun yanacağı ilə təmin edilməsini və yaşayış məntəqəsinə əlavə transformatorun qoyulmasını xahiş ediblər.
RİH-nin başçısı görüşdə səsləndirilmiş təkliflərlə bağlı aidiyyəti məsul şəxslərə konkret tapşırıqlar verib.

Keçidlər