Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun elektrik enerjisi sistemində yenidənqurma işləri aparılır.

16 avqust 2019 | 16:00

Qəbələ Paylayıcı Şəbəkə Sahəsinin xidməti ərazisində 10 kV-luq elektrik verilişi hava xəttinin 9,8 km məsafəsində əsaslı və cari təmir işləri aparılmışdır. Belə ki, 10 kV-luq hava xəttinin Vəndam, Bum, Mıxlıqovaq, Qaradeyin və Zarağan elektrik verilişi hava xətlərində 50 ədəd fiziki köhnəlmiş ağac dayaq dəmir beton və metal dayaqlarla əvəz edilmiş, 8.300 metr məsafədə istismara yararsız, fiziki köhnəlmiş naqillər yenilənmişdir.
20,8 km məsafədə 0,4 kV-luq fiziki köhnəlmiş naqillər eyni güclü naqillərlə əvəz edilmiş, 197 ədəd ağac dayaq dəmir beton və metal dayaqlarla əvəz edilmişdir. Əhali və qeyri əhali sektorunda 119 ədəd yeni, 37 ədəd 3 fazalı sayğac quraşdırılmışdır. 2.090 ədəd qüsurlu sayğac yenisi ilə əvəzlənmişdir. Əhalinin fasiləsiz və dayanıqlı eıektrik enerjisi ilə təmin etmək istiqamətində işlər davam edir.

Keçidlər