Kənd təsərrüfatının inkişafı hərtərəfli qayğı ilə əhatə olunub.
17 avqust 2019 | 16:00
Cari ilin yazında Qəbələ rayon əkinçiləri tərəindən 408 hektar sahədə tərəvəz əkilib. Torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində əkin sahələrində bol məhsul yetişib. Yığıma vaxtında başlayan fermerlər bu günədək yığım apardıqları 304.5 hektar tərəvəz sahəsindən 2993.4 ton məhsul yığıblar.
Hər hektarın məhsuldarlığı 98.3 sentner təşkil edir.Tədarük olunan məhsulun 134.4 tonu kələm, 120.0 tonu bibər, 1030.5 tonu xiyar, 715.0 tonu pomidor, 85.0 tonu badımcan, 594.0 tonu soğan, 84.6 tonu yaşıl lobya, 192.0 tonu sarımsaq, 23.1 tonu isə sair tərəvəzdir. Əkinçilər, həmçinin 14.8 ton bostan məhsulları da yığıblar. Rayonda tərəvəz yığımı davam edir.