Heyvandarlıq sahəsinin inkişafı diqqət mərkəzində saxlanılır.
Rayonda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində heyvandarlıq məhsulları istehsalının artırılmasında, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında və damazlıq keyfiyyətlərinin yüksəldilməsində mühüm rol oynayan süni mayalama tədbirlərinin həyata keçirilməsi genişləndirilir. Bu məqsədlə rayonda 7 nəfər süni mayalama mütəxəssisi fəaliyyət göstərir. Keçən 7 ay ərzində süni mayalama mütəxəssisləri tərəfindən 5042 baş inək və düyələrdə süni mayalama aparılmış və süni mayalandırılmışmış heyvanlardan 2523 baş yüksək genetik potensiala malik buzovlar alınmışdır. 2016-cı ilin oktyabr ayından etibarən süni mayalama yolu ilə alınmış hər bir baş buzova dövlət büdcəsinin vəsaiti hesabına subsidiya verilir. 2019-cu ilin 7 ayında 1353 nəfər heyvan sahibinə 1618 baş süni mayalanmadan alınmış buzovlara görə 161800 manat subsidiya verilmişdir. Bu iş mütəmadi olaraq hər ay davam etdirilir. Bütün bunların nəticəsidir ki, heyvan sahibləri heyvanların mayalandırılmasında mütərəqqi üsul olan süni mayalamaya üstünlük verirlər.