Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi qarşıya qoyulan məqsəddir.

21 avqust 2019 | 00:00

Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Belə ki, son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artmışdır. Dövlətimizin başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə Qəbələ rayonun da əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər davam etdirilib. Belə ki, Müalicə Diaqnostika Mərkəzinin Konsultativ poliklinika şöbəsinə xəstə gəlişlərinin sayı 11826 nəfər olmuşdur. Səhiyyə ocağında EKQ müayinələrinin sayı 3250, stomatoloji kabinetdə müalicə olunan xəstələrin sayı 390 nəfər, stasionar şöbəyə daxil olan xəstələrin sayı 610 nəfər, aparılmış cərrahiyyə əməliyyatlarının sayı 540, şüa diaqnostika şöbəsində USM müayinələrinin sayı 10521, kompüter tomoqrafik müayinələrin sayı 753, rentgen müayinələrin sayı 10018, fizioterapiya və tibbi bərpa şöbəsində prosedurların sayı 3678 olmuşdur. Mərkəz tərəfindən kliniki laboratoriyada 8935 xəstədə 308950 növ müayinə aparılmışdır.

Keçidlər